Aydın Talıbov: Vətəndaşların cibindən “3 qəpik” çıxaran ac göz iş adamı
Aydın Talıbovun deputat olmaq arzusu birmənalı olaraq qanun çərçivəsindədir. Bütün həddi-buluğa çatmış vətəndaşlar kimi, onun da parlamentdə təmsilçi olaraq çıxış etmək hüququ var və bu hüquq konstitusiya ilə qorunur. Lakin, Talıbovun iş adamı kimi fəaliyyətində bir sıra qeyri-adi hallar mövcuddur.
Aydın Talıbov, ölkədə qida sektorunda monopolya sahiblərindən biri kimi tanınır. Onun mülkiyyətində istehsal zavodları, 300-dən çox supermarket və marketlər (bunlar arasında “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi), “Ulduz” şokolad fabriki, “Sirab” mineral sular zavodları, “Favorit”, “Xonça”, “AVT Logistics” kimi xidmət və satış mərkəzləri, kafelər və hətta KIA avtomobillərinin satış dileri mövcuddur. Ancaq bütün bu sərvətlər haqqında dəqiq məlumatlar yoxdur.
Maraqlıdır ki, “Forbes”in siyahısında Aydın Talıbovun adı görünmür. “Forbes” siyahısında yer alması üçün bu geniş biznes şəbəkəsi ilə tanınmalı idi. Bəlkə də, Azərbaycan biznes mühitinin şəffaf olmaması buna səbəbdir. Bu məsələyə hökumət qurumları, xüsusən vergi xidməti, aydınlıq gətirməlidir.
Aydın Talıbovun sahib olduğu sərvət və onun “Veysəloğlu Grup”un maliyyə vəziyyəti barədə şəffaflıq gözlənilir. Potensial seçici və vətəndaş olaraq, onun şəxsi sərvətinin nəyi əhatə etdiyini və bu sərvətdən hər il nə qədər vergi ödədiyini bilmək maraqlıdır.
Bununla yanaşı, Aydın Talıbovun “Araz” supermarketlərində həyata keçirdiyi bir tətbiq diqqət çəkir. 15 fevral 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ticarət şəbəkələrinə göndərdiyi məktuba əsasən, pərakəndə satış məntəqələri polietilen torbaları pulla satmağa başlayıb. Bu qərarın ekologiya baxımından müsbət təsiri olmamışdır, amma ticarət məntəqələri bundan qazanc əldə edir.
“Araz” supermarketlərində alıcılara əvvəllər pulsuz verilən tutacaqlı polietilen torbalar ləğv edilib. Onların yerinə tutacaqsız torbalar təqdim edilir, bu isə alıcılara əlavə çətinliklər yaradır. Belə ki, tutacaqsız torbalarla alış-veriş edən müştərilər kassada əlavə polietilen torbalar almağa məcbur olur. Bu vəziyyət Aydın Talıbovun əlavə gəlir əldə etməsi məqsədini güdür.
Digər supermarketlərdə bu cür hallara rast gəlinmir. “Araz” supermarketlərində alıcıların şikayətləri ilə bağlı mağaza rəhbərliyi, bu torbaların mərkəzləşdirilmiş şəkildə gəldiyini və məsələyə müdaxilə edə bilməyəcəklərini bildirir.
Son dövrlərdə “Araz” supermarketlərində tutacaqsız torbalar yenidən təqdim olunmağa başlayıb. Bu, Aydın Talıbovun vətəndaşlardan əlavə 3 qəpik çıxarmaq istədiyini göstərir.
Belə görünür ki, Aydın Talıbov üçün vətəndaşların cibindən əlavə pul qazanmaq önəmlidir. Atalar sözündə deyildiyi kimi, “dama-dama göl olar”.

Комментарии
Отправить комментарий